Xırdalan şəhərində mübahisə zamanı kişi bıçaqlanaraq öldürülüb.
Xəbər Yerində “Report”a istinadən xəbər verir ki, hadisə Yusif Məmmədəliyev küçəsində baş verib.
İlkin məlumata görə, 1995-ci il təvəllüdlü Rasif Rəhman oğlu Abdullayev mübahisə zamanı bıçaq xəsarəti alıb. Ağır yaralanan şəxs hadisə yerində həyatını itirib.
Hadisəni törətməkdə Ceyhun adlı şəxs şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.

