ADMİU-da sosial şəbəkədə yayılan videoya görə tələbə universitetdən xaric edildi

ADMİU-da sosial şəbəkədə yayılan videoya görə tələbə universitetdən xaric edildi

Xəbər Yerində xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib.

Universitetdən verilən açıqlamaya görə, “TikTok”da yayılan görüntülər rəhbərlik tərəfindən araşdırılıb. Məlum olub ki, videoda görünən şəxslər bacı-qardaşdır. Qız ADMİU-da nə təhsil alır, nə də işləyir. Onun qardaşı Kənan Zindadil isə universitetin Teatr sənəti fakültəsində “Musiqili teatr aktyoru” ixtisası üzrə II tədris ilinin tələbəsi olub.

Hadisə ilə bağlı ADMİU-nun İntizam Komissiyasının təcili iclası keçirilib. Universitetdaxili nizam-intizam qaydaları və fərdi müqavilənin müvafiq bəndləri əsas götürülərək Kənan Zindadilin universitetdən xaric edilməsi barədə qərar qəbul olunub.

Bildirilib ki, qərar rektorun əmri ilə rəsmiləşdirilərək qüvvəyə minib.

Qeyd edək ki, “leylakenan” adlı “TikTok” hesabından yayımlanan canlı yayımda ADMİU-nun birinci kurs tələbələri barədə aşağılayıcı ifadələr səsləndirilib. Həmçinin tələbələr hədələnib və onlara fiziki xəsarət yetiriləcəyi bildirilib.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir