Xəbər Yerində xəbər verir ki, Ağdaş rayonunda silahlı insident yaşanıb.
51 yaşlı qadın xəstəxanaya müraciət edib
Qafqazinfo xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən xəsarət alaraq tibbi yardım üçün xəstəxanaya müraciət edib.
Araşdırma zamanı məlum olub ki, qadın qonşuluqda yaşayan 14 yaşlı M.Ə.-nin açdığı atəş nəticəsində yaralanıb.
Küçə heyvanına atəş açarkən qadını yaralayıb
İlkin məlumata görə, yeniyetmə küçə heyvanına tir tüfəngi ilə atəş açıb.
Lakin atəş zamanı güllə ehtiyatsızlıqdan yaxınlıqda olan qadına dəyib. Nəticədə 51 yaşlı sakin qarın nahiyəsindən xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparılır. İnsident zamanı istifadə edildiyi bildirilən tir tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.

Yeniyetmənin ailəsi ilə bağlı qeyd
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən M.Ə.-nin Ağdaşda tanınmış sahibkar Məhəmməd Əliyevin nəvəsi olduğu bildirilir.

