Azərbaycan universitet komandası ilk oyunda qalib gəldi-FOTO

Azərbaycan universitet komandası ilk oyunda qalib gəldi-FOTO

15–25 iyul tarixlərində İtaliyanın Salerno şəhərində tələbələr arasında keçirilən Avropa Universitet Oyunlarında Azərbaycanı futzal üzrə Azərbaycan İdman Akademiyasının komandası təmsil edir.

Komandamız iyulun 15-də İtaliyaya yola düşüb və yarışdakı ilk oyununda Almaniya təmsilçisini 6:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan komandasının Avropa Universitet Oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə təmin olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir