Xəbər Yerində xəbər verir ki, hadisə Bərdə şəhərinin M.P. Vaqif küçəsində qeydə alınıb.
Məlumata görə, 2024-cü il təvəllüdlü Ə.M. valideynlərinin nəzarətindən yayınaraq yaşadığı evin həyətinə çıxıb.
Azyaşlı burada su ehtiyatı toplamaq məqsədilə istifadə olunan hovuza düşüb. Uşaq sudan çıxarılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Hadisənin başvermə şəraiti ilə bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo

