Fransalı hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan ayrılmaq üçün rəhbərliyə şərt qoyub.
Maaşının tam ödənilməsini istəyir
38 yaşlı futbolçunun müqaviləni vaxtından əvvəl pozmağa hazır olduğu bildirilir. Lakin Benzema sözləşməsinin qalan bir ili üzrə maaşının tam şəkildə ödənilməsini tələb edir.
Bu məsələ həllini tapmadan “Əl-Hilal”ın “Aston Villa”nın hücumçusu Olli Uotkinsin transferini rəsmiləşdirə bilmədiyi qeyd olunur.
“Əl-Hilal”da 15 məhsuldar epizod
Benzema bu ilin yayında “Əl-İttihad”dan “Əl-Hilal”a keçib. Fransalı forvard yeni klubunda keçirdiyi oyunlarda 10 qol vurub və 5 məhsuldar ötürmə edib.

