İspaniya – Argentina oyununu Vincic idarə edəcək
2026 FIFA Dünya Kubokunun qalibinin müəyyənləşəcəyi İspaniya – Argentina final qarşılaşmasının baş hakimi açıqlanıb.
ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Nyu-Cersi stadionunda keçiriləcək həlledici matçda fit çalmaq Sloveniyadan olan Slavko Vincicə həvalə olunub.
19 iyul bazar günü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq görüşdə Vincicin köməkçiləri həmyerliləri Tomaž Klančnik və Andraž Kovačič olacaq. Dördüncü hakim funksiyasını isə İordaniya Futbol Federasiyasından Adham Makhadmeh yerinə yetirəcək.
Qalatasaray – Fənərbaxça derbisini də idarə edib
46 yaşlı Slavko Vincic daha əvvəl mühüm beynəlxalq qarşılaşmalarda hakimlik edib. O, 2022-ci ildə keçirilən “Ayntraxt Frankfurt” – “Reyncers” UEFA Avropa Liqasının finalı, eləcə də 2024-cü ildə baş tutan “Real Madrid” – “Borussiya Dortmund” UEFA Çempionlar Liqasının finalı oyunlarında baş hakim olub.
Sloveniyalı referi 2024/2025 mövsümündə Türkiyə Superliqasının 25-ci turunda keçirilən “Qalatasaray” – “Fənərbaxça” derbisini də idarə edib.
Mənbə: Cumhuriyyet

