Federasiya Hidayət Heydərova xəbərdarlıq etdi-VİDEO

Federasiya Hidayət Heydərova xəbərdarlıq etdi-VİDEO

Federasiya Hidayət Heydərovun çəki problemi və paylaşımına münasibət bildirib

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu olimpiya çempionu Hidayət Heydərovun son vaxtlar gündəmə gələn çəki problemi və sosial şəbəkə paylaşımı ilə bağlı açıqlama verib.

R.Rəsullu federasiyada nizam-intizam qaydalarının hər kəs üçün eyni olduğunu vurğulayıb.

“Bizim üçün intizam əsas prinsiplərdən biridir. Bu qaydalar təkcə idmançılara deyil, federasiyada çalışan bütün əməkdaşlara da şamil olunur”, – deyə o bildirib.

Rəşad Rəsullu qeyd edib ki, Hidayət Heydərov iki yarışda ardıcıl olaraq tələb olunan çəki normasını təmin edə bilməyib və hər iki halda bununla bağlı intizam tədbiri görülüb.

“Baş verənlərin səbəblərini araşdırmışıq və bunun nədən qaynaqlandığını bilirik. Lakin bu məsələ ilə bağlı ətraflı danışmaq istəmirəm. Hidayətin yenidən olimpiya və dünya çempionu olmaq üçün kifayət qədər potensialı var”, – deyə federasiya rəsmisi əlavə edib.

O, Hidayət Heydərovun “Instagram” hesabında etdiyi müzakirələrə səbəb olan paylaşıma da toxunaraq bildirib ki, idmançı həmin paylaşımı etməsəydi, daha doğru olardı.

“Bəzən ona qarşı təhqiramiz rəylər yazılır. O da emosional reaksiya verir. Buna baxmayaraq, biz ondan daha peşəkar davranış gözləyirik və bunu tələb edəcəyik”, – deyə R.Rəsullu vurğulayıb.

Xatırladaq ki, Hidayət Heydərov bir müddət əvvəl çəki problemi ilə bağlı tənqidlərdən sonra mükafat kürsüsündə çəkilmiş fotosunu “Bezdirmisiniz… Yenə kürsüdəyəm, sizi çox-çox sevirəm” sözləri ilə paylaşmışdı.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir