İspaniyanın “Andorra” klubunun qapıçısı Sequnda matçında baş verən faciəli hadisədən sonra ağır psixoloji sarsıntı keçirir.
Xəbər Yerində İdman.biz-ə istinadən xəbər verir ki, qapıçı Xesus de Migel ilə toqquşmadan sonra futbolçunun vəfat etməsi səbəbindən evdən çıxmır və daim ağlayır. Bu çətin günlərdə anası onun yanındadır.
Pike qapıçıya dəstək olur
“Andorra” klubunun rəhbəri Jerar Pike də qapıçıya şəxsən dəstək göstərir.
Yaşanan hadisənin təsiri ilə Ovono noyabr ayında Ekvatorial Qvineya millisinin oyunlarında iştirak etməyəcək.

