“Kəpəz” nigeriyalı futbolçu ilə müqavilə imzaladı

“Kəpəz” nigeriyalı futbolçu ilə müqavilə imzaladı

“Kəpəz” heyətini nigeriyalı cinah yarımmüdafiəçisi Olabiran Blessinq Muyiva ilə gücləndirib.

Xeber yerinde Report-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

“Benito” ləqəbi ilə tanınan Muyivanın son klubu Kiprin “Akritas”ı olub. O, karyerası ərzində Rusiya, Ukrayna, Xorvatiya, Moldova və Özbəkistan klublarında da çıxış edib.

Futbolçunun karyerasında ən diqqətçəkən məqamlardan biri isə 2020-ci ildə Ukraynanın köklü klublarından olan Kiyev “Dinamo”suna transfer olunmasıdır. O, həmçinin Nigeriyanın U-23 millisində də forma geyinib.

Muyiva “Kəpəz”də cinahdakı sürəti və hücumameyilli oyun üslubu ilə komandaya kömək etməyə çalışacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir