Lənkəranda iri yaşayış evində yanğın baş verdi

Lənkəranda iri yaşayış evində yanğın baş verdi

Lənkəran rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Xeberyerinde APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Viyən kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini İlham Hüseynova məxsus ümumi sahəsi 480 kvadratmetr olan 11 otaqlı fərdi yaşayış evinin ikinci mərtəbəsində yanğın başlayıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları zədələnib. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alov söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir