Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunun UEFA Konfrans Liqasındakı ilk oyunlarında iştirak edə bilməyəcək.
Xeberyerinde “XəzərXəbər”ə istinadən xəbər verir ki, hücumçunun adı komandanın UEFA-ya təqdim etdiyi iştirak ərizəsinə daxil edilməyib.
Buna səbəb 29 yaşlı futbolçunun Çenstoxova təmsilçisi ilə müqaviləsinin gec rəsmiləşdirilməsi olub. Bu səbəbdən Emreli UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Malta klubu “Valletta” ilə keçiriləcək qarşılaşmalarda meydana çıxa bilməyəcək.
“Rakuv” növbəti mərhələyə yüksələrsə, Mahir Emrelinin avrokuboklarda iştirakına hər hansı maneə olmayacaq.
Qeyd edək ki, Polşa klubu Azərbaycan millisinin hücumçusunu Almaniyanın “Kayzerslautern” komandası ilə əldə olunan razılığa əsasən satınalma hüququ ilə bir illik icarəyə götürüb.

