Mançester derbisi bu gün keçiriləcək – “Yunayted” “Siti”ni qəbul edir

Mançester derbisi bu gün keçiriləcək – “Yunayted” “Siti”ni qəbul edir

İngiltərə Premyer Liqasında 4-cü turun son oyunları keçirilir.

Xəbər Yerində xəbər verir ki, turun ən çox gözlənilən qarşılaşması bu gün “Old Trafford” stadionunda baş tutacaq.

Mançester derbisində “Mançester Yunayted” doğma meydanda “Mançester Siti” ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

“Mançester Siti” mövsümə daha uğurlu başlayıb və ilk turlardan sonra turnir cədvəlinin üst sıralarında qərarlaşıb. “Mançester Yunayted” isə 4 xalla mübarizəni davam etdirir.

Qeyd edək ki, bu, 2026/27 mövsümündə komandalar arasında ilk Mançester derbisidir. Qarşılaşma həm “Yunayted”in mövsümə startını düzəltmək, həm də “Siti”nin uğurlu seriyasını davam etdirmək baxımından böyük əhəmiyyət daşıyır

Mənbə: Unikal.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir