Xəbər Yerində xəbər verir ki, UEFA Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Tvente” qarşılaşması ilə bağlı stadionda bilet satışına məhdudiyyət tətbiq ediləcək.
Belə ki, oyunun başlamasına bir saat qalmış Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında bilet satışı dayandırılacaq.
Klubdan bildirilib ki, qərar azarkeşlərin stadiona rahat və təhlükəsiz girişinin təmin olunması, həmçinin oyunöncəsi hazırlıq işlərinin vaxtında tamamlanması məqsədilə qəbul edilib.
“Qarabağ” azarkeşlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edib.
Qeyd edək ki, “Qarabağ” – “Tvente” oyunu avqustun 27-də saat 20:00-da başlayacaq.

