Avqustun 19-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda 33 dərəcəyədək isti olacaq
Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-25°, gündüz isə 29-33° isti olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% təşkil edəcək.
Dağlıq ərazilərdə yağış yağacaq
Bölgələrdə də hava əsasən yağmursuz olacaq. Lakin gün ərzində bəzi dağlıq ərazilərdə qısamüddətli leysan yağacağı və şimşək çaxacağı ehtimal olunur.
Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Aran rayonlarında gecə 19-24°, gündüz 32-37° isti, dağlıq ərazilərdə isə gecə 12-17°, gündüz 20-25° isti olacaq.

