Sabah da havanın isti olacağı gözlənilir

Sabah da havanın isti olacağı gözlənilir

Xəbər Yerində xəbər verir ki, sentyabrın 18-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağıntı gözlənilmir, mülayim şimal-qərb küləyi əsəcək.

Paytaxt və Abşeronda gecə temperaturu 20-23°, gündüz isə 25-29° isti olacaq.

Bölgələrdə də havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Bununla belə, gün ərzində bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. Gecə və səhər dağlıq ərazilərdə duman müşahidə ediləcək.

Rayonlarda havanın temperaturu gecə 18-22°, gündüz 30-35° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 8-13°, gündüz 20-25° isti proqnozlaşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir