Xəbər Yerində xəbər verir ki, “Sabah” futbol klubu yerli futbol arenasında indiyədək tətbiq edilməyən yeni layihəyə start verib.
Paytaxt klubu azarkeşlərin mövsüm ərzində komandanın bütün ev qarşılaşmalarını stadiondan izləməsinə imkan verən vahid bilet və abunəlik sistemini istifadəyə verib.
Yeni sistemə qoşulan tərəfdarlar yalnız bir bilet almaqla “Sabah”ın mövsüm ərzində doğma meydanda keçirəcəyi bütün oyunlara canlı baxmaq imkanı əldə edirlər.
Avropa ölkələrinin futbolunda geniş yayılmış bu yanaşma Azərbaycanlı azarkeşlərin də diqqətini çəkib. Satışa təqdim olunan vahid biletlərin əhəmiyyətli hissəsi qısa müddət ərzində satılıb.
Klubun tətbiq etdiyi yeni sistemlə tribunalarda azarkeş iştirakının daha sabit olması və ev oyunlarına marağın artırılması hədəflənir.
Mənbə: Yenisabah

