Sabunçuda 10 otaqlı evdə yanğın olub-VİDEO

Sabunçuda 10 otaqlı evdə yanğın olub-VİDEO

Xəbər Yerində xəbər verir ki, Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İ. Əfəndiyev küçəsində yerləşən evdə yanğın olması barədə məlumat daxil olub.

Hadisə ilə bağlı dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb ediliblər.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun evin digər hissələrinə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə tam söndürülüb.

Hadisə zamanı ümumi sahəsi 200 kvadratmetr olan, 10 otaqlı mansard tipli birmərtəbəli fərdi yaşayış evinin mansard hissəsində bir otağın 20 kvadratmetr sahədə yanar konstruksiyaları yanıb.

Bundan başqa, evin birinci mərtəbəsində yerləşən otaqlardan birinin tavanı 16 kvadratmetr sahədə alovdan zərər görüb.

Yanğın nəticəsində evin böyük hissəsi qorunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir