Kür çayının Salyan ərazisindən keçən hissəsində sahilyanı ərazinin zibilliyə çevrildiyini əks etdirən görüntülər yayılıb.
Pələng adlı bloqerin paylaşdığı videoda Kürün sahilində müxtəlif məişət tullantılarının və zibil torbalarının əraziyə səpələndiyi görünür. Bloqer əlində olan zibil torbaları ilə tullantıların bir qismini toplasa da, sahilin tam təmizlənməsinin bir nəfərin işi olmadığını bildirərək təmizlik işlərini dayandırıb.
Sahildə yaranan natəmiz mənzərə həm ətraf mühit, həm də ərazinin ümumi görünüşü baxımından narahatlıq doğurur. Tullantıların çay kənarında toplanması su hövzəsinin çirklənməsi ilə bağlı narahatlıqları da artırır. Bu vəziyyətin Kürdə yaşayan canlılara, eləcə də insanların sağlamlığına zərər verə biləcəyi bildirilir.
Görüntüləri təqdim edirik.

