Avqustun 27-28-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Sea Breeze” ərazisində Yay İdman Festivalı keçiriləcək.
Nazirlikdən bildirilib ki, saat 16:00-dan 19:00-dək davam edəcək festival çərçivəsində 16 idman növü üzrə müxtəlif nümayişlər və fəaliyyətlər təşkil olunacaq.
Tədbirdə 3×3 basketbol, reqbi, stolüstü tennis, badminton, voleybol, kəndirlə mübarizə, güləş, cüdo, taekvondo, kapoeyra, sumo, aykido, ciu-citsu, karate, mas-reslinq və avarçəkmə üzrə nümunəvi çıxışlar keçiriləcək.
Festivalın açıq idman zonasında iştirakçılar müxtəlif idman növlərini ödənişsiz sınaya, bacarıqlarını yoxlaya və yeni idman növləri ilə tanış ola biləcəklər.

