Təcili yardımın vurduğu piyada öldü – VİDEO

Təcili yardımın vurduğu piyada öldü – VİDEO

Xəbər Yerində Xəzər Xəbərə istinadən xəbər verir ki, sentyabrın 23-də ölkə ərazisində baş verən ağır yol-nəqliyyat hadisələri zamanı iki nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Goranboyda 41 yaşlı kişi öldü

Hadisələrdən biri Bakı-Qazax magistralının Goranboy rayonunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Şirvan şəhər sakini Mirdamət Xalıqov idarə etdiyi yük avtomobilini yol kənarında saxlayıb. O, daha sonra yolun digər tərəfinə keçmək istəyərkən hərəkətdə olan təcili tibbi yardım avtomobili tərəfindən vurulub.

Qəza nəticəsində ağır bədən xəsarətləri alan 41 yaşlı Mirdamət Xalıqov hadisə yerində həyatını itirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir