Azərbaycan Prezidenti İlham Əliyev diplomatik təyinatlarla bağlı sərəncamlar imzalayıb.
Sərəncama əsasən, Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Digər sərəncamla Anar Keykavus oğlu Əcəmov Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

