“WhatsApp” istifadəçilər üçün bir sıra yeni funksiyaları təqdim edib. Yeniliklər tətbiqdən istifadəni daha rahat və funksional etməyi hədəfləyir.
Ən mühüm dəyişikliklərdən biri iPad istifadəçiləri ilə bağlıdır. Artıq onlar telefona ehtiyac duymadan birbaşa planşet üzərindən yeni “WhatsApp” hesabı yarada biləcəklər.
Bundan əlavə, CarPlay və Android Auto sistemləri də yenilənib. İstifadəçilər avtomobildə olarkən zəng edə, daxil olan mesajları dinləyib cavablandıra, həmçinin zəng tarixçəsinə baxa biləcəklər.
Yeni funksiyalar arasında Adobe Acrobat inteqrasiyası da yer alır. Bu yenilik sayəsində veb və masaüstü versiyalarında PDF fayllarını yükləmədən birbaşa söhbət pəncərəsində açmaq, oxumaq və vacib hissələri işarələmək mümkün olacaq.
Bundan başqa, Apple Music və Spotify inteqrasiyası sayəsində dinlənilən musiqiləri bir toxunuşla “WhatsApp Status” bölməsində paylaşmaq imkanı yaradılıb.
Yeni funksiyalar bütün istifadəçilərə mərhələli şəkildə təqdim olunur.
Mənbə: Azxəbər

