Bərdə rayonunda açıq ərazidə baş verən yanğın qısa müddətdə söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı məlumat nazirliyin “112” qaynar telefon xəttinə Bərdə rayonunun Zümürxan kəndi ərazisindən daxil olub.
Müraciətdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları dərhal hadisə yerinə göndərilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətrafa yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə tam söndürülüb.
Hadisə nəticəsində 800 kvadratmetr sahədə quru ot və kol-kos yanıb. Ətrafdakı ağaclar və yaxınlıqda yerləşən tikililər isə yanğından mühafizə olunub.

