Bakıda Formula 1 yarışına 2 min könüllü qatılacaq

Bakıda Formula 1 yarışına 2 min könüllü qatılacaq

Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran-prisinin təşkilində 2 minə yaxın könüllünün iştirakı nəzərdə tutulur.

Xəbər Yerində “Report”a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan resursları və işçi qüvvəsi departamentinin nümayəndəsi Arifə Əliyeva deyib.

Onun sözlərinə görə, apreldə start verilən könüllülər proqramına cəmi üç gün ərzində 49 mindən çox müraciət daxil olub.

Arifə Əliyeva bildirib ki, 2016-cı ildən etibarən Azərbaycan Qran-prisinin təşkilində 20 mindən çox gənc könüllü kimi fəaliyyət göstərib. Onlardan 400-dən çoxu uğurlu nəticə göstərərək növbəti illərdə tədbirin təşkilində artıq işçi qüvvəsi qismində çalışıb.

Bu il isə dünyanın müxtəlif ölkələrindən 1 550-yə yaxın beynəlxalq könüllü onlayn müsahibə və təlim mərhələlərindən keçib.

Qeyd olunub ki, bu il “Formula 1” Azərbaycan Qran-prisinin keçirilməsinin 10 illiyi qeyd olunacaq. Yarış sentyabrın son həftəsində təşkil ediləcək.

Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da Bakıda keçiriləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir