Astara rayonunda dənizdə bir nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.
Xəbər Yerində xəbər verir ki, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 1 kilometr aralıda, nəzarətsiz ərazidə baş verib.
Məlumat daxil olduqdan sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.
Hazırda 1990-cı il təvəllüdlü Məmmədov Elman Beybala oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarış işləri aparılır.

