Hacı Kərimov U-20 Avropa çempionu oldu
Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.
Azərbaycan Güləş Federasiyasının məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən idmançı final görüşündə Fransa təmsilçisi Bayssanqur Bitmurzayevlə üz-üzə gəlib.
Rəqibinə böyük üstünlüklə qalib gələn Hacı Kərimov qarşılaşmanı vaxtından əvvəl 10:0 hesabı ilə başa vuraraq Avropa çempionu tituluna sahib olub.
Mənbə: APAsport

