Koçaryan ailəsinə qarşı əməliyyat: keçmiş prezident və oğlu saxlanıldı

Koçaryan ailəsinə qarşı əməliyyat: keçmiş prezident və oğlu saxlanıldı

Xəbər Yerində xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan və onun böyük oğlu Sedrak Koçaryan saxlanılıb. Məlumatı Ermənistanın Antikorrupsiya Komitəsi də təsdiqləyib.

Bildirilir ki, bu gün səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları müxalifətçi deputat Levon Koçaryanın evində axtarış aparıblar. Eyni vaxtda Robert Koçaryan istintaq orqanları tərəfindən Antikorrupsiya Komitəsinə aparılıb.

Bundan başqa, Ermənistan Vergi Xidmətinin əməkdaşları “Toyota” şirkətinin İrəvandakı ofisini möhürləyib. Antikorrupsiya Komitəsinin əməkdaşları isə “Orange Fitness”də əməliyyat keçirir.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, “Orange Fitness”, “Play City” əyləncə mərkəzi və onların direktorlarının evlərində də istintaq və prosessual tədbirlər həyata keçirilir. Qeyd olunur ki, Koçaryan ailəsinin həmin şirkətlərdə payları var.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bazar ertəsi hüquq-mühafizə orqanlarına Robert Koçaryan və ölkənin üçüncü prezidenti Serj Sarkisyanın əmlaklarının müsadirə edilməsi ilə bağlı göstəriş verib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir