Kristofer Nkunku “Milan”dan ayrıla bilər – 5 klub onunla maraqlanır

Kristofer Nkunku “Milan”dan ayrıla bilər – 5 klub onunla maraqlanır

Fransalı futbolçu Kristofer Nkunkunun “Milan”dan ayrılacağı gündəmə gəlib.

Xeber Yerinde xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə Almaniyanın “Borussiya” Dortmund və “Leyptsiq”, İngiltərənin “Nyukasl” klubları maraqlanır.

Bundan başqa, futbolçuya Səudiyyə Ərəbistanı və Türkiyədən də təkliflərin olduğu bildirilir.

Qeyd edək ki, Nkunku ötən yay “Çelsi”dən “Milan”a keçib. O, İtaliya klubunun heyətində 35 oyunda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” 28 yaşlı futbolçunun bazar dəyərini 25 milyon avro qiymətləndirir. Nkunkunun “Milan”la müqaviləsi 2030-cu ilə qədərdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir