Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə dağ-mədən və metallurgiya sənayesinin inkişaf perspektivlərinə həsr olunan müşavirə baş tutub.
Xəbər Yerində Prezidentin mətbuat xidmətinə əsasən xəbər verir ki, tədbir “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”nın müzakirəsinə həsr olunub.
Dövlət başçısı müşavirədə çıxış edib.












