UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksələn “Qarabağ”ın futbolçularını böyük mükafat gözləyir.
Xeber Yerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, klub prezidenti Tahir Gözel komandanın futbolçularına xüsusi mükafat vəd edib.
Bildirilib ki, Ağdam təmsilçisi əsas mərhələyə vəsiqə qazandığı halda oyunçulara 1 milyon manat məbləğində premiyanın verilməsi nəzərdə tutulur.
“Qarabağ” pley-off mərhələsində Niderlandın “Tvente” klubu ilə qarşılaşacaq. Komanda bu mərhələni də keçəcəyi təqdirdə böyük mükafatın sahibi olacaq.

