Qubada beynəlxalq gənclər arasında qolf turniri keçirilib-FOTO

Qubada beynəlxalq gənclər arasında qolf turniri keçirilib-FOTO

Qubada yerləşən “Quba Palace Hotel”in nəzdində fəaliyyət göstərən “The National Azerbaijan Golf Club”da hotelin təşkilatçılığı ilə “Caspian Junior Cup 2026” turniri keçirilib.

Yarışda Qazaxıstan, Özbəkistan və Qırğızıstanın milli qolf federasiyalarını təmsil edən gənc idmançılar iştirak ediblər. Turnir beynəlxalq yeniyetmələr üçün təşkil olunan qolf düşərgəsinin yekun tədbiri olub.

Mükafatlandırma mərasimində iştirakçı ölkələrin Azərbaycandakı diplomatları, dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

Turnirin məqsədi uşaq və yeniyetmə qolfunun inkişafına dəstək vermək, regional idman əməkdaşlığını gücləndirmək və Azərbaycanın beynəlxalq qolf sahəsində mövqeyini möhkəmləndirməkdir.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir