Rusiyada ölən bacı-qardaşla bağlı yeni detallar üzə çıxdı-VİDEO

Rusiyada ölən bacı-qardaşla bağlı yeni detallar üzə çıxdı-VİDEO

Xəbər verdiyimiz kimi, Rusiyanın Vladimir şəhərində azərbaycanlı bacı-qardaş ağır yol qəzasında həyatını itirib.

Xəbər Yerində xəbər verir ki, Rusiyanın Vladimir şəhərində yol qəzasında həyatını itirən Ucar rayonundan olan bacı-qardaşın ölümünün bəzi təfərrüatları məlum olub.

Hadisə zamanı 67 yaşlı Füzuli Baxışov və 51 yaşlı bacısı Zərnişan Baxışovanın olduğu avtomobil iki yük maşınının arasında qalıb.

Qəza nəticəsində Zərnişan Baxışova hadisə yerindəcə ölüb. Füzuli Baxışov isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun da həyatını xilas etmək mümkün olmayıb.

Avtomobildə olan digər şəxsin isə hazırda komada olduğu bildirilir.

Qeyd edək ki, Füzuli və Zərnişan Baxışovaların nəşləri Azərbaycana gətirilib və Ucar rayonunun Şilyan kəndində torpağa tapşırılıb.

Mənbə: XəzərTv

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir