Xəbər Yerində xəbər verir ki, “Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk oyununa çıxıb.
Azərbaycan çempionu səfərdə İngiltərənin “Mançester Yunayted” komandası ilə qarşılaşıb. “Old Trafford” stadionunda keçirilən matç “Sabah”ın 4:0 hesablı məğlubiyyəti ilə başa çatıb.
Ev sahiblərinin heyətində Mateus Kunya 27-ci, Bruno Fernandeş 42-ci, Benyamin Şeşko 45-ci, Lisandro Martines isə 68-ci dəqiqədə fərqlənib.
“Sabah” növbəti matçını oktyabrın 13-də Bakıda keçirəcək. Komandanın rəqibi Çexiyanın “Slaviya” klubu olacaq.

