Xeberyerinde xəbər verir ki, UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələsində sarı vərəqələrə görə diskvalifikasiya qaydasını dəyişib.
Yeni qərara əsasən, futbolçu 4 sarı vərəqədən sonra növbəti oyunu buraxacaq. Bundan sonrakı cəzalar isə 6-cı, 8-ci və hər növbəti cüt saylı sarı vərəqədən sonra tətbiq ediləcək.
UEFA bildirib ki, dəyişiklik yalnız avrokubokların əsas mərhələsinə şamil olunur. Təsnifat mərhələsində əvvəlki qayda qüvvədə qalır. Belə ki, futbolçu 3 sarı vərəqədən, daha sonra isə hər növbəti tək saylı xəbərdarlıqdan sonra diskvalifikasiya olunacaq.
Qurum bu dəyişikliyi avrokubokların yeni formatı və əsas mərhələdə oyun sayının artırılması ilə əlaqələndirib.
Mənbə: İdman Azərbaycan

