Ukrayna Qazaxıstan Prezidentinin müharibənin “dondurulması” təklifini dəstəklədi

Ukrayna Qazaxıstan Prezidentinin müharibənin “dondurulması” təklifini dəstəklədi

Ukrayna Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiya-Ukrayna müharibəsinin “dondurulması” ilə bağlı çağırışını müsbət qarşılayıb. Ukraynanın xarici işlər naziri Andriy Sıbiha bu təşəbbüsü “realist, vaxtında verilmiş və ağıllı mesaj” kimi qiymətləndirib.

Nazir sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, Kiyev döyüşlərin hazırkı cəbhə xətti boyunca dayandırılmasını və danışıqlar prosesinə başlanmasını təklif edib. Onun sözlərinə görə, Rusiya isə indiyədək bu sülh yolunu qəbul etməkdən imtina edir.

Sıbiha əlavə edib ki, Kremlin sözçüsü Dmitri Peskov da Tokayevin təklifini rədd edib. O, Moskvanın real sülh təşəbbüslərini qəbul etməsi üçün Rusiyaya təzyiqin artırılmasının vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ötən gün Rusiyanın Omsk şəhərində Prezident Vladimir Putinlə keçirdiyi görüşdə münaqişənin dayandırılmasını və “İstanbul Formulu 2.0” əsasında danışıqlara qayıtmağı təklif edib. O, bu prosesin böyük dövlətlərin, o cümlədən Rusiyanın təminatları ilə davam etdirilməsinin uzunmüddətli sülhə yol aça biləcəyini bildirib.

Kremlin sözçüsü Dmitri Peskov isə Tokayevin təklifinin Ukraynanın mövqeyi səbəbindən mümkün olmadığını deyib. Onun sözlərinə görə, Rusiya döyüşlərin dayandırılması üçün əvvəlki şərtlərində israrlıdır və Kiyev Donbasdan geri çəkilərək NATO-ya üzvlük planından imtina edəcəyi təqdirdə müharibənin qısa müddətdə başa çata biləcəyini iddia edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir